Close

Bu uşaqlar valideynlərindən biri ilə yaşamağa məcbur edilir

Ölkədə ötən il baş verən boşanmalar səbəbindən 21 689 uşaq valideynlərindən biri ilə yaşamaq məcburiyyətində qalıb. On il əvvəl - 2013-cü ildə bu rəqəm 6028 olub.

TNS Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, rəsmi qeydə alınmış boşanmaların sayı on il əvvəl 11730 olubsa, ötən il bu rəqəm 21688-ə yüksəlib.

2013-cü ildə övladı olmayan 7972, ötən il isə 9510 ailə boşanıb.

Boşananlar arasında bir uşağı olanlar 2013-cü ildə 1921, 2023-cü ildə 4748, iki və daha artıq uşağı olan ailə sayı 10 il əvvəl 1837, ötən il isə 7430 olub.

Ölkədə hər 100 boşanmaya düşən uşaqların sayı 2013-cü ildə 161, ötən il 178 nəfər olub.

Qeyd edək ki, ölkədə nikah sayı on il əvvəllə müqayisədə kəskin şəkildə azalıb.

Belə ki, Azərbaycanda 2013-cü ildə 86 852 nikah, ötən il cəmi 54 200 nikah qeydə alınıb.

Aygün