Close

Tanınmış vəkil komaya düşdü - Vəziyyəti kritikdir

Tanınmış vəkil, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev komaya düşüb.

TNS-in məlumatına görə, dünən axşam saatlarında Ə. Mustafayevin vəziyyəti qəfil pisləşib. O, komatoz vəziyyətdə Sumqayıt Tibb Mərkəzinə çatdırılıb. Vəkil Sumqayıt Tibb Mərkəzi nəzdindəki 2 saylı şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda Ə. Mustafayevin vəziyyətinin kritik ağır olduğu bildirilir.