Close

Azərbaycana 20 gəmi, qatarlar, təyyarələr gətirilir

Yaxın illərdə Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yeniləcək.

TNS xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə deyib.

O qeyd edib ki, qarşıdakı aylarda "Azərbaycan Dəmir Yolları" QSC və "Bakı Metropoliteni" QSC yeni qatar və vaqonlarla təchiz ediləcək:

“Həmçinin aviasiya parkının 30-dan çox müasir təyyarə ilə yenilənməsi görülən işlərin təzahürüdür".