Close

Pensiyalar hansı qrafiklə ödəniləcək? - RƏSMİ

Artıq bir neçə aydır ki, pensiyaların verilməsində əvvəlki tarixlərlə müqayisədə gün fərqləri yaranır, daha gec verilir.

Belə ki, bu ilin avqustuna qədər pensiyalar bir qayda olaraq, Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda ayın 15-dən sonra verilməyə başlanılırdı.

İqtisadçı deputat Əli Məsimli bildirib ki, pensiyaların əvvəlkindən daha gec tarixdə verilməsi bir sıra problemlər yaradır.

TNS qrafik dəyişikliyinin hansı səbədən qaynaqlandığı, bu halın müvəqqəti xarakter daşıyıb-daşımadığı ilə bağlı  Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb.

Fonddan bildirilib ki, əvvəlki aylarda olduğu kimi, bu ayın pensiya ödənişləri də ay ərzində, yəni, hər hansı gecikmə olmadan vətəndaşların bank kartlarına köçürüləcək: “Müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i, ölkəmizin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiya ödənişləri hər ayın 20-28-i aralığında nəzərdə tutulub. Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir”.

Aygün