Close

“Bakıkart” tətbiqi yaxın günlərdə təqdim ediləcək - Nazir müavini

Azərbaycanda nəqliyyatın dayanıqlı inkişafını təmin etmək üçün onun bütün növlərində infrastrukturun yenilənməsi işləri davam etdirilir.

TNS xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı şəhərində ictimai nəqliyyatın əlçatanlığının artırılması, avtobusların real vaxt rejimində izlənilməsi üçün təkmilləşdirilmiş “Bakıkart” tətbiqi yaxın günlərdə təqdim ediləcək.