Close

Türkiyəli professorlar Qarabağ Universitetində işləyəcəklər

Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Ankara Hacı Bayram Vəli Universitetinin professorları Evrən Güçər və Metexan Tolon 2024/2025-ci tədris ilində Qarabağ Universitetində fəaliyyət göstərəcəklər.

TNS xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov hər iki professorla görüşərək onları təbrik edib.

Rektor professorlarla tədris, tədqiqat və idarəetmə sahəsində fəal iştirakları ilə bağlı fikir mübadiləsi apararaq, ali təhsil müəssisəsinin strateji hədəflərini diqqətə çatdırıb.