Close

Bəzi ərazilərə leysan xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 22-si saat 22:00-a olan məlumata əsasən Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli yağış, dağıq ərazilərdə isə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən TNS-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.

Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.

Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.