Close

21:09
22 Oktyabr 2024

Azərbaycanla Türkiyə əməkdaşlıq müzakirə edildi

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak məqsədilə Türkiyədə səfərdədir.

TNS xəbər verir ki, tədbir çərçivəsində nazir Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün ilə görüşüb. Görüşlərdə müdafiə sənayesi sahəsi üzrə müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycanı tədbirdə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti təmsil edir.

“SAHA EXPO 2024” sərgisində açılan Azərbaycan stendində 57 adda müdafiə təyinatlı məhsullar təqdim olunub. Bura iri və ortaçaplı snayper tüfəngləri, müxtəlif çaplı minaatan, avtomatlar, iriçaplı pulemyotlar, avtomatik top və qumbaraatanlar, eləcə də həmin silahların sursatları daxildir.