Close

21:09
22 Oktyabr 2024
18:45
22 Oktyabr 2024

Yağışlı havalarda yollarda nələrə diqqət edilməlidir?

Ölkə ərazisində qeyri-sabit, yağışlı hava müşahidə olunur. Belə havalarda yol qəzalarından qorunmaq üçün nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, yollarda əlverişsiz hava şəraiti ilə bağlı ilk növbədə diqqətli olmaq lazımdır, əks halda yol-nəqliyyat hadisələri qaçılmazdır.

A.Əsədovun sözlərinə görə, texniki standartlara uyğun olmayan avtomobillərlə yola çıxmaq biləvasitə qəzalara səbəb olur: “Qeyri-sabit hava şəraitində texniki cəhətdən nasaz olan nəqliyyat vastələri ilə hərəkət etmək məsləhət deyil. Texniki nasaz olan hər hansı bir nəqliyyat vasitəsini idarə edən zaman mütləqdir hava şəraitinə uyğun olaraq avtomobil mütəxəsis yoxlanışından keçirilməlidir. Onun şinlərini, ümumi idarəetmə sistemlərini, əyləc-sükan mexanizmini və s. yoxlamaq lazımdır ki, bunu diaqnostik qiymətləndirmə ilə servislərdə də etmək olur”.

Nəqliyyat eksperti vurğulayıb ki, yağışlı havada avtomobil idarə edərkən ara məsafəsinə də mütləq nəzarət olunmalıdır.

Aysən Azadova