Close

18:45
22 Oktyabr 2024

Siqaret kötüyünü yerə atanlara XƏBƏRDARLIQ

Qanunvericiliyə əsasən, avtomobildən siqaret kötüyünün atılmasına görə cərimə tətbiq olunsa da, belə hərəkətlərə yol verənlər az deyil.

Avtomobildən siqaret kötüyü atanlar necə cərimələnir? Onların müəyyənləşdirilməsi mexanizmi necədir?

TNS-in bu barədə sualını Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı cavablandırıb.

O bildirib ki, siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daşıyırlar: “Polis əməkdaşları bu prosesə nəzarəti hər zaman diqqətdə saxlayırlar. Siqaret çəkib, kötüyünü zibil qabından kənar yerə atan şəxs barəsində cərimə tətbiq edilir. Bu hal avtomobildə tütün məmulatı istifadə edib kənara atan sürücü və sərnişinlərə də şamil olunur”.

Ayşən Azadova