Close

Yağıntılı hava bu vaxta qədər davam edəcək- RƏSMİ - YENİLƏNİB

Hazırda ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraitində fasilə yaranıb.

TNS xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, hazırda yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında, Qobustan, Oğuz, Şəki, Qəbələ, İsmayıllıda müşahidə olunur, arabir qısamüddətli leysan xarakterli yağış yağır.

Müşahidə olunan yağıntılı hava şəraiti bu gün günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

09:28

Hazırda Azərbaycanda yağıntılı hava şəraiti davam edir.

TNS xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

Xidmətin rəsmisi bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

“Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.