Close

Novxanı-Pirşağı yolu nə vaxt hazır olacaq?

Novxanı-Pirşağı-Kürdəxanı İkinci Dairəvi yolunun tikintisi davam etdirilir.

Bunu TNS-in sorğusunu cavabında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, yolun Masazır gölünün yaxınlığından Sumqayıt yoluna qədər olan hissəsi demək olar ki, hazırdır: “Masazır gölündən Novxanı istiqamətində, həmçinin Pirşağı-Novxanı istiqamətində işlər yüksək sürətlə davam etdirilir. Novxanı-Pirşağı-Kürdəxanı İkinci Dairəvi yolunun tikintisi daxili investisiya hesabına maliyyələşən layihədir və maliyə ayrıldıqca işlər də ona uyğun şəkildə həyata keçirilir”.

Ayşən Azadova