Close

20:20
20 Oktyabr 2024

Milli Qəhrəmanın oğlu nişanlandı - FOTO

Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev nişanlanıb.

TNS xəbər verir ki, E.Mirzəyev Ülkər Abdullazadə adlı xanımla nişanlanıb.

Xatırladaq ki, 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir. İ.Mirzəyev II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə İ.Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Şəhid polkovnikin Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qalıb.

Ekran_skli_2024-10-20_082504

Ekran_skli_2024-10-20_082522

Ekran_skli_2024-10-20_082535