Close

16:55
18 Oktyabr 2024

Noyabrda neçə gün iş olmayacaq?

Noyabr ayında qeyri-iş günlərinin sayı məlum olub.

TNS xəbər verir ki, 5 günlük iş rejimində işləyənlər üçün 2, 3, 8, 9, 10, 11, 12, 13, 17, 23, 24 və 30 noyabr tarixləri qeyri-iş günüdür.

Həftədə 6 gün işləyənlər 3, 8, 9, 10, 11, 12, 13, 17 və 24 noyabr tarixlərində tətil edəcəklər.

Tam orta və ümumi orta təhsil müəssisələrində şagirdlər üçün bayram və tətil günləri belədir: 2, 3, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24 noyabr.

Orta ixtisas və ali təhsil müəssisələri üçün isə 2, 3, 8, 9, 10, 11, 12, 13, 17, 23, 24 noyabr tarixləri tətil və istirahət günləridir.

Xatırladaq ki, noyabrın 9-u şənbə gününə düşdüyündən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.

Bundan başqa, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Noyabrın 9-u şənbə gününə düşdüyündən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.

Bundan başqa, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.

COP29 tədbirləri ilə əlaqədar olaraq, Bakı, Sumqayıt və Abşeron rayonunda təhsil alan tələbələr üçün noyabr ayının 14-dən 25-dək (qeyri-iş günləri nəzərə alınmaqla) dərslər distant formada tədris olunacaq.