COP29 zamanı toylara qadağa qoyulacaq? - RƏSMİ CAVAB
44
13:42 - 18 Oktyabr 2024
COP29 dövründə Bakıda toylara məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulmur.
TNS bildirir ki, Trend-in məlumatlı mənbədən əldə etdiyi məlumata əsasən, COP29 zamanı toy və bu tip tədbirlərə qadağa tətbiq ediləcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Bildirilib ki, bütün obyektlər məhdudiyyətsiz fəaliyyət göstərəcək.
"Yol hərəkəti ilə bağlı yalnız müəyyən məhdudiyyətlər var, onlar təhlükəsizlik tələbləri ilə bağlıdır", - deyə mənbə əlavə edib.
Qeyd edək ki, noyabrın 11-dən 22-dək COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək.
Əlaqəli xəbərlər
14:32
18 Oktyabr 2024
14:12
18 Oktyabr 2024
14:11
18 Oktyabr 2024