Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Sosial şəbəkə bəlası – Günah kimdədir?

“Sosial şəbəkələrin gəncliyə təsiri uzun illərdir, müzakirə olunur. Bu platformadan həm müsbət, həm mənfi istiqamətdə istifadə etmək olar. Psixologiyası, zəkası normal olan insanlar üçün sosial şəbəkələr, internet resursları çox faydalıdır”.

Bunu TNS-ə Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

O qeyd edib ki, gənclər sosial şəbəkələrdən istifadə etməklə məlumat bazalarını genişləndirir, yeni əlaqələr yaradır, müəyən ictimai proseslərdə iştirak edirlər: “Sosial şəbəkələrdən elmi karyera, biznes şəbəkəsi üçün istifadə edənlər var, bu platformanın faydalı tərəfləridir. Amma təəssüf ki, bizim cəmiyyətdə adətən vəziyyət əksinə olur, yəni böyük bir kütlə sosial şəbəkələrdən başqa məqsədlər üçün istifadə edir. İnsanlar elə başa düşür ki, sosial şəbəkələr özünü reklam etmək, qəbulolunmaz hərəkətlər, gülünc videolar paylaşmaq üçündür. Bu məsələdə xüsusilə gənclər və yeniyetmələr nəzarətsiz qalanda sosial şəbəkələrdən heç də faydalı istifadə etmirlər. Valideynlər övladlarına düzgün nümunələr göstərsə, yanaşma tərzi təbiq etsələr, uşaqlar da internet imkanlarından yalnız faydalı məqsədlər üçün istifadə etmiş olarlar”.

Sosioloq qeyd edib ki, sosial şəbəkələrdə hər kəs kontenti özü müəyən edir, insanlar daha çox nəyi izləyirsə, alqoritmlər istifadəçinin qarşısına daha çox o tipdə paylaşımlar çıxarır: “İndi belədir ki, sosial şəbəkələr azaddır, orada hər tip məlumatlar, fikirlər var. Bu gün tənqid olunan televiziyalar, sosial şəbəkədəki səhifələr, məzmunlar, materiallar insanlar tərəfindən baxılır, izlənilir, dəstək görür. Ona görə də qısa nüddətdə populyarlaşırlar. Əgər cəmiyyət izləməsə o kanallar, səhifələr sıradan çıxacaq”.

Sosialoq əlavə edib ki, bütün gözəllikləri də, pislikləri də yaradan insan özüdür: “Cəmiyyəti formalaşdıran bizik. Əgər insanlar düzgün həyat tərzi seçərsə, bu da təməli olan bir cəmiyyətin əsasını qoyar”.

Ayşən Azadova