Ağakərim İbrahimovun ölüm səbəbi bilindi - TƏBİB AÇIQLADI
![](/upload/files/up6/2024/10/a682f954-4c9f-4cd2-8d3d-2815d2a821e6.jpg)
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun ölüm səbəbi məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TNS-ə bildirilib ki, bu gün saat 09:00 radələrində Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.
Ona "Dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok" diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib.
Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov bu gün səhər saatlarında yaşadığı evdə qəfil dünyasını dəyişib.