Close

Təhsildə qadın sahibkarların həmkarlar təşkilatı yaradılmalıdır

Azərbaycanda təhsil sahəsindəki qadın sahibkarların həmkarlar təşkilatı yaradılmalıdır. 

TNS-in məlumatına görə,  bunu bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ Respublika Komitəsi) ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında keçirilən görüşdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev deyib. Respublika Komitəsinin rəhbərliyi, AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva, təhsil sektoru üzrə fəaliyyət göstərən 40-dan artıq sahibkarlar, konsaltinq şirkətlərinin nümayəndələrinin də iştirak etdiyi görüşdə A. Paşayev təşkilatın gördüyü işlər, keçdiyi tarixi inkişaf yolu ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, öz sıralarında 400 mindən artıq üzvü birləşdirən ATİAHİ təhsil işçilərinin və ittifaq üzvü olan tələbələrin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə məşğul olan ən böyük ictimai təsisatdır. Təşkilat ittifaq üzvlərinin iş şəraitinin yaxşılaşdırılması, sosial problemlərin həlli, əmək hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili və digər istiqamətlər üzrə fəaliyyət göstərir. ATİAHİ üzvlərinin 68 faizinin qadınlar olduğunu qeyd edən A.Paşayev bildirib ki, təşkilat AQSİA-ya üzv olan sahibkar qadınların rəhbərlik etdiyi müəssisələrdə də həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında maraqlıdır. hYwxPI4BmvdvAnuQTJkFZw2FShyWArktnWd9Y7z1 

Sonra çıxış edən AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva rəhbərlik etdiyi qurumun  fəaliyyəti barədə məlumat verib. O, özəl sektorda çalışan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların üzləşdiyi çətinliklər, onların həlli yolları, qadın sahibkarlığının inkişafı istiqamətində meydana çıxan problemlərə toxunaraq bu sahədə həmkarlar ittifaqı təşkilatlarının təsis edilməsinin vacibliyini vurğulayıb. 

Sonra görüşdə ATİAHİ Respublika Komitəsi və AQSİA-nın fəaliyyəti ilə bağlı təqdimat edilib.

PPcmmZFF57wV2j4ROSVy7fl87jWVNjtLpIoSUrvA

Tədbir gələcək əməkdaşlıqla bağlı müzakirələrlə davam etdirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Həmçinin iştirakçılar arasında razılıq əldə olunub ki, növbəti həftələrdə təhsilin ayrı-ayrı mərhələləri üzrə fəaliyyət göstərən sahibkar qadınlarla görüşlər keçirilsin, bu müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması perspektivləri müzakirə edilsin.