Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
320
22:07 - 11 Oktyabr 2024
Aparıcı Aynur Talıbova 8 il sonra ABŞ vətəndaşı olub.
TNS xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
Aparıcı "Instagram" səhifəsində foto paylaşaraq bunları yazıb:
“Bu gün mənim həyatımda çox xüsusi bir dönüş nöqtəsidir. Bu günü bütün qəlbimlə gözlədim və təntəli şəkildə and içdim. 8 il yaşadıqdan sonra nəhayət Amerika ailəsinin bir hissəsi oldum”.
Qeyd edək ki, Aynur Simran adlı şəxslə evlidir. Onların bir oğlu var.