Close

Gənclərimiz daha çox bu ölkələrin universitetlərini seçir - SƏBƏB

Sentyabr ayı üzrə xaricdə təhsil alanlardan 787 nəfərin diplomlarının tanınması ilə bağlı müraciətə baxılıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bununla bağlı yaydığı məlumatda qeyd olunan məqamlardan biri də ölkələr üzrə müraciətlərin sayı ilə bağlıdır. Belə ki, dilomun tanınması ilə bağlı müraciət edənlərdən 265-i Türkiyə, 242-si Rusiya, 126-sı isə Ukraynadan olub.

Xaricdə təhsil almağa gedənlərin daha çox qeyd olunan ölkələri seçməsinin əsas səbəbləri nələrdir?

Bununla bağlı TNS-ə açıqlama verən təhsil üzrə mütəxəssis Kamran Əsədov bildirib ki, azərbaycanlı tələbələrin Türkiyə, Rusiya və Ukrayna universitetlərini seçməsinin səbəbi  bu ölkə universitetlərinin azərbaycanlı tələbələr üçün müxtəlif  imkanlar təqdim etməsidir: “Türkiyə və Azərbaycanın ortaq dil və mədəni yaxınlığı orada təhsil almanın tələbələr üçün daha rahat olmasını təmin edir. Türkiyə universitetlərinin böyük bir qismi Azərbaycanda tanınır, ancaq bəzi hallarda, xüsusilə özəl və yeni açılan universitetlərdə tədris keyfiyyətinin aşağı olması səbəbilə problemlər yaranır. Rusiya və Ukrayna da azərbaycanlı tələbələr üçün cəlbedici ölkələrdir. Coğrafi yaxınlıq, təhsil haqlarının daha münasib olması və tarixi əlaqələr bu ölkələri seçməkdə rol oynayır. Lakin bu ölkələrdə də bəzi təhsil müəssisələrinin keyfiyyət standartlarına cavab verməməsi problem yaradır”.

Aygün