Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi
143
16:32 - 07 Oktyabr 2024
Oktyabrın 8-9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Xidmətdən TNS-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağstafa, Goranboy, Samux, Gəncə, Qazax, Tovuz, Şəmkir, Qobustan, Naftalan, Şirvan, Salyan, Hacıqabul, Xızı, Siyəzən, Xaçmaz, Şabranda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Əlaqəli xəbərlər
14:13
07 Oktyabr 2024
12:39
07 Oktyabr 2024