Close

Peşə tanınması üzrə imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə keçirilən imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib.

DİM-dən TNS-ə bildirilib ki, imtahan vermək üçün qeydiyyatdan keçmiş 305 nəfərdən 33-ü imtahana gəlməyib.

İmtahanda 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilib.