Close

23:40
30 Sentyabr 2024
22:16
30 Sentyabr 2024
20:30
30 Sentyabr 2024

Direktor müəllimlərdən dərs saatlarına görə rüşvət alır?

Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin direktorunun müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

TNS xəbər verir ki, məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Qafqazinfo"ya bildirilib ki, idarə əməkdaşları tərəfindən məktəbdə monitorinq aparılıb, direktordan, direktor müavinlərindən və müəllimlərdən müvafiq izahatlar alınıb.

Araşdırmanın nəticəsinə əsasən qeyd olunub ki, sözügedən məktəbdə 2024-2025-ci tədris ilində dörd ibtidai sinif komplektində (bir məktəbəhazırlıq qrupu) mövcud olan dərs saatları 7 ibtidai sinif müəllimi arasında qiymətləndirmə nəticələrinə uyğun olaraq bölünüb.

"Dərs saatlarından narazılığını ifadə edən ibtidai sinif müəllimi Zəkiyyə Bayramova təhsilverənlərin sertifikatlaşdırma imtahanında mümkün 60 baldan 33 bal toplayıb və 12 saat dərs yükü ilə təmin olunub. Məktəbdə ondan az bal toplamış, lakin daha çox dərs yükü ilə təmin olunmuş ibtidai sinif müəllimi yoxdur.

Hazırda Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində "Təhsilverənlərin etik davranış Qaydaları"na əməl edilməsi, əmək fəaliyyətində yol verilən nöqsan, hüquq pozulmalarının aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlər davam edir", - açıqlamada vurğulanıb.