Close

21:48
28 Sentyabr 2024

Bu rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən TNS-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Lerikdə 4 mm, Astara, Şabranda 3 mm, Daşkəsən, Zaqatalada (Əlibəy) 2 mm, Göygöl, Gədəbəy, Qax (Sarıbaş), Şəki (Kişçay), Şamaxı, Lerikdə 1 mm-dək olub.

Şərq küləyi arabir Culfada 18 m/s-yə çatıb.

Daşkəsən, Göygöl, Şəmkir, Qax (Sarıbaş), Şəki (Kişçay), Beyləqan, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu iqlim normasından 1.4 dərəcə yuxarı, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 27, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.