Close

23:50
19 Sentyabr 2024

Bu marşrut xəttində gediş haqqı artırılıb - RƏSMİ

Sumqayıt-Giləzi müntəzəm xətt marşrutunda gediş haqqı 1 manat 20 qəpikdən 1 manat 80 qəpiyə qaldırılıb.

Bu barədə TNS-ə Giləzi qəsəbəsinin sakinləri bildiriblər. Sərnişinlər iddia edirlər ki, marşrutda gediş haqqının qiyməti qanunsuz artırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən TNS-ə bildirilib ki, adıçəkilən marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı özbaşına qaldırılmayıb: "Ölkədə müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı 30 iyun tarixində qəbul edlən qərarla şəhərlərarası avtobus marşrutlarında gediş haqqı hər kilometr üçün 3.7 qəpik olmaqla təyin edilib. Qərar 1 iyul tarixində qüvvəyə minib.

Sumqayıt-Giləzi marşrut xəttinin uzunluğu 49 km təşkil edir. Gediş haqqı isə müvafiq olaraq 1 manat 80 qəpik təşkil edir".