Close

Mərhum jurnalistin adını daşıyan övladı - FOTO

Mərhum jurnalist Natiq Qədimovun oğlu onun adını daşıyır.

TNS-in məlumatına görə, 2018-ci il təvəllüdlü Natiq Qədimov atasının ölümündən 6 ay sonra dünyaya gəlib. Ailə üzvləri ona atasının ad-soyadını verib.

Balaca Natiq bu il birinci sinifə qədəm qoyub. O, Sumqayıt şəhər M. Müşfiq adına 34 saylı tam orta məktəbdə təhsil alacaq.

nq1

Xatırladaq ki, tanımış jurnalist Natiq Qədimov uzun illər aparıcı media qurumlarında işləyib. O 2017-ci il noyabrın 22-də yaşadığı evdə qəfil ürək tutmasından vəfat edib.