Close

Bu şəxslərin kolleclərə qəbul şansı artacaq

2024-cü ildə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (11 illik bazadan kolleclərə qəbul) 12387 plan yeri ayrılmışdı. Birinci tur ixtisas seçimindən sonra 12186 nəfər qəbul olub. Plan yerləri 98.38% dolub. Cəmi 201 yer (1.62%) boş qalıb.

Bu barədə TNS-ə məlumat verən təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov ixtisas seçiminin ikinci turunda vakant yerlərin sayında artım olacağını bildirib: "Ona görə ki, qəbul olan şəxslərin bir hissəsi portal vasitəsi ilə qeydiyyatdan keçməyib. Bu isə qəbul olduğu ixtisasdan imtina etmək deməkdir. Nəticədə birinci ixtisas seçimində qəbul ola bilməyən şəxslərin yenidən qəbul şansı olacaq.

Dövlət İmtahan Mərkəzi (DİM) yaxın günlərdə 11 illik bazadan kolleclərə qəbul üçün vakant yerlərin sayı və yenidən (ikinci tur) ixtisas seçiminin vaxtını elan edəcək".

Aygün