Close

Sevindik Hətəmov kollektivə təqdim olundu

Hacıqabul Rayon İcra Hakimiyyətinin yeni başçısı Sevindik Hətəmov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

TNS xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Zeynal Nağdəliyev çıxışında ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

S.Hətəmov ona göstərilən etimada görə minnətdarlıq edib.