Close

08:53
19 Sentyabr 2024
22:00
18 Sentyabr 2024

Maqnit qasırğaları niyə tez-tez olur – Hər 11 ildən bir…

Son zamanlar Yer kürəsində baş verən güclü maqnit qasırğaları ilə bağlı xəbərlərin sayı artıb. Ard-arda baş verən maqnit qasırğaları gözlə görünən problemlər yaratmasa da, insanların sağlamlığıa təsirsiz ötüşmür.

Maqnit qasırğalarının bu qədər artmasının səbəbləri nələrdir? 

Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov TNS-ə verdiyi açıqlamada bildirib ki, Günəşin maqnit aktivliyi (bununla bağlı alışmalar və plazma tullantıları) hər 11 ildən bir pik həddə olur. Direktor vurğulayıb ki, indi həmin maximuma yaxınlaşırıq. Yəni, bu dövrdə maqnit qasırğaları daha tez-tez olacaq.

Məlumdur ki, maqnit qasırğaları insan sağlamlığı üçün bir sıra problemlər yaradır. TNS qasırğa zamanı yaranan problemlər və onlardan qorunmaq yolları ilə bağlı mütəxəssis tövsiyələrini təqdim edir.

Maqnit qasırğasının insan orqanizminə təsiri nədən ibarətdir?

Məlumdur ki, Günəş sistemində mütəmadi olaraq partlayışlar baş verir və bu partlayışların nəticəsi olaraq Günəş nüvəsindən çox böyük miqdarda kiçik, enerji yüklü zərrəciklər, yəni Günəş plazmaları fəzaya axır və bu Günəş plazmaları fəzada Günəş küləkləri vasitəsilə çox böyük sürətlə (saniyədə 1000-1200 kilometr) fəzaya yayılır. O cümlədən də fəzanın bir hissəsində olan Yer kürəsinə gəlib çatır. Yer kürəsinin özü bir qalxan formasında maqnit qatı ilə qorunur və Günəş plazmaları həmin maqnit qatına yaxınlaşdıqda onları təlatümə gətirir, qıcıqlandırır. Bu isə Yer kürəsində yaşayan demək olar ki, bütün canlılara təsir edir.

Maqnit qasırğasının canlılara, xüsusilə də, insanlara təsiri bioloji hüceyrələr vasitəsilə olur. Bioloji hüceyrələrin iş qabiliyyətində pozğunluqlar yaranır. Demək olar ki, bütün xroniki xəstəliklərdə maqnit qasırğası olan zaman kəskinləşmələr baş verir. Şəkərli diabet, arterial hipertenziya ilə xəstə olanlar, ürək və beyin qan damar sistemi xəstələri bura daxildir. Mədə-bağırsaq, tənəffüs sistemində problem olanlar, bronxial astma xəstələrində mütləq maqnit qasırğası zamanı müəyyən kəskinləşmələr qeydə alınır.

Özümüzü necə qoruyaq?

Həkimlər bildirir ki, gündəlik dərman qəbul edənlər preparatlarını qətiyyən dayandırmamalıdırlar. Səhər-səhər arterial təzyiq və ya şəkər normaldırsa, bu, o demək deyil ki, bütün sutkanı normal olacaq. 3-5 saatdan sonra məhz maqnit qasırğasının təsiri nəticəsində həmin arterial təzyiq, şəkər kəskin qalxa və çox ciddi fəsadlar verə bilər. Xüsusən, insult xəstələri, miokard infarktı keçirən xəstələr məhz onlara təyin olunan dərman preparatlarını vaxtında qəbul etmədiklərinə görə bu problemlərlə üzləşir.

Maqnit qasırğası sağlam insanlara da təsir edir

Mütəxəssislər bildirir ki, maqnit qasırğası təkcə xroniki xəstələrə deyil, ilk baxışda tam sağlam olan insanlara da təsir edir. Belə ki, tamamilə, sağlam gənc bir insanda qəflətən arterial təzyiqin kəskin yüksəlməsi, ürək nahiyəsində ağrılar, mədə-bağırsaq sistemində hansısa problemlər baş verir. Əslində bu, o deməkdir ki, zahirən sağlam görünən insanın həmin orqanlarda müəyyən problemlər var. Həkimlər tövsiyə edir ki, insanlar müəyyən dövrlərdə tibbi müayinələrdən keçsinlər.

Aygün