Close

22:00
18 Sentyabr 2024

Yeni tədris ilində məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlanıb

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində 1,619,335 nəfər şagird təhsil alacaq.

TNS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bunlardan 132,931 nəfər birinci sinfə qədəm qoyacaq. Məktəbəhazırlıq qruplarında isə 90,672 uşaq təhsil alacaq.