Close

Həmin məktəb dezinfeksiya olundu - FOTOLAR

Sumqayıt şəhər Adil İbrahimov adına 14 nömrəli tam orta məktəbdə mövcud vəziyyət ilə əlaqədar sanitar nəzarəti gücləndirmək məqsədilə məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib, eyni zamanda sanitariya nəzarəti qurumlarına yenidən müraciət olunaraq dünən və bu gün ərzində təhsil müəssisəsində növbəti dəfə dezinfeksiya və dərmanlama işləri aparılıb.

TNS xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Dezinfeksiya ilə əlaqədar olaraq məktəbin ibtidai siniflərin tədrisi üçün nəzərdə tutulan korpusu müvəqqəti olaraq əsas binaya köçürülüb.

Aidiyyəti sanitariya nəzarəti qurumu tərəfindən tədris müəssisəsinin dezinfeksiya işləri tamamlandıqdan sonra kiçik tədris korpusunun yeni tədris ilinə tam hazırlıqlı vəziyyətdə olması ilə bağlı sənəd təqdim olunacaqdır.

Qeyd edək ki, ötən gün sözündən məktəbdə sinif otaqlarını bit-birə basması ilə bağlı iddialar yayılmışdı.

1726329694_fb_img_1726329614229

1726329660_fb_img_1726329612432