Yeni mövsümün trendləri: canlı rənglər, böyük sırğalar, avanqard çantalar
Payız-qış ayları yaxınlaşır. Moda dünyasında 2024-cü ilin payız-qış mövsümünün trendləri nə olacaq?
TNS sərin payız, sərt qış günlərində dəbdə olacaq geyim və aksesuarları təqdim edir.
Trikotaj və sviterlər
Trikotaj mövsümü gəldi! Rahat və klassik geyimlərə sərmayə qoymağın vaxtıdır. Böyük ölçülü trikotajları düzayaqlı cins şalvar və qısa çəkmələrlə, ya da qısa parça şalvar, corab və mokasinlərlə birləşdirə bilərsiniz.
Çəkmələr
Qış aylarının vaz keçilməzləri olan çəkmələr bu mövsüm də qarderobunuzun mərkəzində olacaq. Topuqlara qədər olan qış ayaqqabıları müxtəlif model və rəng seçimləri ilə hər üsluba uyğundur. Kovboy çəkmələri də bu mövsümün trendləri arasındadır.
Mövsümün populyar rəngləri
2024-cü ilin payız-qış mövsümündə modelyerlərin müəyyən etdiyi rənglər arasında canlı tonlar önə çıxır. Qırmızı, zoğalı, şaftalı çiçəyi tonları üstünlük təşkil edir. Qəhvəyi tonlar isə qış kolleksiyası üçün əvəzolunmaz olaraq qalır.
Rəng birləşmələri
Rəng birləşmələrində cəsarətli seçimlər ön plandadır. Bibər qırmızısını neytral tonlarla birləşdirərək təsiredici kontrast yarada bilərsiniz. Tünd qırmızı ağ və ya krem tonları ilə zərif harmoniya yaradır. 2024-cü ilin payız-qış kolleksiyasına cəsarətli, enerjili tonları ilə tünd qırmızı rəng hakimdir.
Şaftalı çiçəyi tonları qəhvəyi və ya bej ilə birlikdə seçilə bilər.
Aksesuar seçimi
Aksesuarlar kombinasiyanızı tamamlayan vacib detallardır. Bu mövsümdə gümüşlər, müxtəlif daşlı aksesuarlar ön planda olacaq. Sırğalar, xüsusilə də nəhəng halqalar və çilçıraq modelləri dəbin tamamlayıcı hissələridir.
Çantalar bu mövsümdə böyük və avanqard dizaynları ilə diqqət çəkir. Ayaqqabılara gəlincə, stilettolar mövsümün ulduz parçaları arasındadır.
Qışda yay romantikası
Ziyafət geyimlərində isə romantikanı təcəssüm etdirən lentli və zərli libaslar qarderoblarda öz yerini alacaq.
Yenilənmiş paltolar
Bu mövsüm də paltolar yenilənmiş versiyaları ilə trend siyahılarında öz yerini tutur. 2024-cü ilin payız-qış mövsümündə qu quşu kimi görünən, güclü və rahat duruşu ilə diqqət çəkən paltolar dəbdə olacaq.
Tutqunluğu aradan qaldıran metallar
Qızılı metallar mövsümün tutqun əhvalını yüksəldəcək. 2024-cü ilin payız-qış mövsümündə qızılı əks etdirən aksesuarlardan istifadə etməklə xüsusi günlərdə ən cazibədar siz ola bilərsiniz.
Tüklü teksturalar populyardır
Soyuq qış günlərində yumşaq və isti yorğana bürünüb yuxulamaqdan daha xoş nə ola bilər? 2024-cü ilin payız-qış kolleksiyasında tüklü teksturalar artıq öz yerini alıb.
Bu mövsüm yun və hörmə fakturalarından fərqli olaraq zəriflik dozasını artıran tüklü fakturalar göz oxşayacaq.
Könül