Close

21:58
17 Sentyabr 2024

Nazir təqaüdə göndərilən lisey direktorları ilə görüşdü

Elm və təhsil naziri Emin Əmrullayev vəzifələrindən azad edilən lisey direktorları ilə görüş keçirib.

TNS xəbər verir ki, nazir bu barədə sosial şəbəkədə paylaşım edib.

“Ötən həftəsonu Əməkdar müəllim, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel müəllim və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran müəllimlə görüşdüm. Çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vuran bu dəyərli təhsil işçiləri rəhbəri olduqları müəssisələrin inkişafı, keyfiyyətli tədrisin təşkili üçün uzun illər səy göstəriblər. Təsadüfi deyil ki, hər iki lisey şagirdlərinin təhsil nailiyyətləri ilə fərqlənən müəssisələrdəndir.

Tariyel müəllim və Kamran müəllimə təhsil sahəsindəki fəaliyyətlərinə görə bir daha təşəkkürümü bildirir, onlara cansağlığı və gələcək işlərində uğurlar arzulayıram”, - deyə E. Əmrullayev bildirib.