Close

21:58
17 Sentyabr 2024

Zaur Mikayılov Ağsuya yeni idarə rəisi təyin etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ağsu rayon Suvarma Sistemləri İdarəsinə yeni rəis təyin edilib.

TNS-in əldə etdiyi məlumata görə, bu barədə agentliyin rəisi Zaur Mikayılov əmr imzalayıb.

Əmrə əsasən, həmin vəzifəyə Elnur Süleymanov təyin edilib. E. Süleymanov bu təyinata qədər "Azərsığorta" Dövlət Şirkətinin Tovuz rayon filialının sədri işləyib.

Xatırladaq ki, Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Sərdar oğlu Məmmədov bir neçə gün öncə idarədə aparılan yoxlamalardan sonra vəzifəsindən azad edilib. Sabiq idarə rəisinin fəaliyyətində ciddi nöqsanlar aşkarlandığı bildirilir.