Zaur Mikayılov idarə rəisini işdən çıxardı - ÖZƏL
101
18:21 - 11 Sentyabr 2024

Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad edilib.
TNS-in məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun bununla bağlı əmr imzaladığı bildirilir.
Məlumata görə, idarə rəisi Səfər Məmmədovun rəhbərlik etdiyi qurumda aparılan araşdırma nəticəsində müxtəlif nöqsanlar aşkarlanıb. Yoxlamalar nəticəsində qurumun fəaliyyətində çatışmazlıqlar üzə çıxıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb.