Bakı metrosunda sərnişin qatarı saxladı
Bakıda metroda sərnişin problem yaradıb.
Bakı metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov TNS-ə açıqlamasında bildirib ki, hadisə səhər saatlarında metronun"Qara Qarayev" stansiyasında baş verib. Sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb. Bunun nəticəsində Yaşıl və Qırmızı xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Həmin qatarın maşinisti qatar hərəkətdə olarkən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.