Close

Ekspert: “Kolleclərdə vəziyyət çox acınacaqlıdır”

“Kolleclərdə (orta ixtisas təhsil müəssisələri) çox biabırçı vəziyyətdir. Saytlara nəzarət yox, məlumatsızlıq baş alıb gedir”.

TNS xəbər verir ki, bu barədə təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyev bildirib.

“Saytlarda ötən ilin məlumatlarıdır. Qəbul olan tələbə bilmir nə aparacaq? Hansı sənəd lazımdır? Dərsləri nə zaman başlanacaq? Düzgün kommunikasiya yox, vətəndaş məlumatlandırılması yox, ictimaiyyətlə əlaqələr bərbad halda. Demək olar ki, bütün orta ixtisas təhsil müəssisələrində vəziyyət çox acınacaqlıdır”, - deyə o əlavə edib.