Close

Səttar Möhbalıyev istefa verdi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Səttar Möhbalıyev istefa verib.

TNS xəbər verir ki, bu barədə ATİAHİ Respublika Komitəsinin II Məclisinin iclasında S. Möhbalıyev bildirib.

O, bu addımı  Milli Məclisin deputatı kimi işinin çoxluğu səbəbindən atdığını vurğulayıb.

Səttar Möhbalıyev həmçinin ATİAHİ Respublika Komitəsinin Məclis, Rəyasət Heyəti üzvlüyündən də istefa verdiyini açıqlayıb.

Sonra ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilib və təşkilata yeni sədr seçkisi həyata keçirilib. Məclis üzvlərinin açıq səsverməsi yolu ilə keçirilən seçkidə Araz Nadir oğlu Paşayev ATİAHİ-nin sədri seçilib.