Close

İxtisas seçimi başa çatır - Nəticələr nə vaxt açıqlanacaq?

Bu gün ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başa çatır.

TNS xəbər verir ki, abituriyentlər avqustun 19-u saat 23:59-dək qəbul olunmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçimi başa çatdıqdan neçə gün sonra nəticələr məlum olacaq?

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə TNS-ə nəticələrin təxminən 3 gün ərzində açıqlanacağını bildirib: “Nəticələr, adətən ixtisas seçimi başa çatandan sonrakı 3 gün ərzində elan olunur”.

Xatırladaq ki, ixtisas seçimi avqustun 9-dan başlayıb. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Aygün