Hesablama Palatasında Kollegiya iclası keçirildi
Hesablama Palatasında sədr Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.
Palatadan TNS-ə verilən məlumata görə, iclasda “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və tabeliyindəki qurumlar tərəfindən dövlət vəsaitinin və balansında olan dövlət əmlakının idarə edilməsinin hüquqi aktlara uyğunluğunun auditi”nin keçirilməsi müddətinin artırılması qərara alınıb, habelə “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramı təsdiq edilib.
İclasda həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb.