Close

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü - FOTO

Bakı-Sumqayıt şossesinin Abşeron Gənclər Şəhərciyi yaxınlığındakı hissəsində yol çöküb.

TNS Bakupost-a istinadla xəbər verir ki, çöküntü bir aya yaxındır baş verib.

Əməkdaşımız məsələylə bağlı ərazidə olan sürüclərlə də həmsöhbət olub. Onlar deyiblər ki, yolun çökən hissəsi getdikcə daha da genişlənir:
 
"Yolda böyük dəlik yaranmışdı. Oranı kubik daşlarla doldurub, ətrafına maşın şini qoyduq ki, yolan keçən avtomobillər ora düşməsin. Aidiyyəti qurumlar yoldakı təhlükəni aradan qaldırsalar, yaxşı olar. Xüsusən də axşam saatlarında oradan keçmək daha təhlükəlidir. Hər an ağır qəza baş verə bilər. Çünki qaranlıq vaxtı yolun çökən hissəsini hər sürücü görə bilmir".
 
Məsələ ilə bağlı AAYDA-ya sorğu ünvanladıq.

2024-07-26-15-10-48c32qAyfR0145oG974l5k_file

2024-07-26-15-10-48B18yETM2hKFwQIurLDls_file