Azərbaycanda general vəzifəsindən azad edildi
22
12:37 - 09 İyul 2024

General-leytenant Ragim Əhəd oğlu Lətifovun adı Fövqəladə Hallar Nazirliyinin saytında nazir müavinləri siyahısından çıxarılıb.
TNS xəbər verir ki, R.Lətifov vəzifəsindən azad edilib.
Onun hansı səbəbdən işdən ayrılması ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, bu barədə ilk məlumatı "Qaynarinfo" yayıb.