Close

Orta təhsildə yeni idaretmə modeli – Məktəblər birləşəcək

İlin sonuna kimi ölkənin bir neçə orta məktəbində adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, 2026-cı ildə artıq ölkədə 100 məktəb adambaşına maliyyələşmə sisteminə keçiriləcək. O, qarşıdakı illərdə daha çox məktəbin bu sistemə keçəcəyini də qeyd edib.

Qeyd edək ki, orta ümumtəhsil məktəblərində adambaşına maliyyələşmə sisteminə keçid “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.

Bu sistem məktəblərə vəsaitin hər bir şagird sayına uyğun verilməsidir.

Mövzu ilə bağlı TNS-ə danışan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, orta ümumtəhsil məktəblərində adambaşına maliyyələşmə sisteminə keçid 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında Elm və Təhslil Nazirliyinə verilmiş tapşırıqlar içində yer alıb: “Nazirlik likin olaraq, prosesi 100 məktəbdə həyata keçirəcək. Bu sistemin tətbiq olunması ilə bağlı verilən qərar vacibdir. Amma sistemə keçərkən əvvəlcə məktəblər prosesə hazırlanmalıdır. Məlumdur ki, 2011-ci ildən ölkəmizdə artıq universitet və kolleclər adambaşı maliyyələşmə sisteminə keçib. 2019-cu ildən peşə təhsil müəssisələri bu sistemdə fəaliyyət göstərir. Adambaşına maliyyələşmə sisteminə keçid üçün məktəblər publik hüquqi şəxs kimi fəaliyyət göstərməlidir. Publik hüquqi şəxs olaraq məktəblərin bu il nümunəvi nizamnaməsi təsdiqlənib. Prosesin bütün detalları həmin nizamnamədə əksini tapıb.

Bu sistem məktəblərdə hesabtlılıq və məsuliyyəti artıracaq. Hər bir şagird hansısa bir məktəbə getdikdə özü üçün ayrılmış vəsaiti də həmin məktəbə gətirmiş olacaq”.

xt1

İlqar Orucov bildirib ki, yeni qaydada məktəblər şagirdlərin tədrisinə daha məsuliyyətli yanaşma hiss edəcək: “Adambaşı maliyyələşmədə məktəblərin şagird sayına uyğun büdcəsi olur və hər bir məktəb özünün resurs ehtiyacına görə o vəsaiti spesifik istiqamətlərə xərcləyə bilər. Yəqin ki, gələcəkdə adambaşı maliyyələşməyə keçid məktəblərin idarəetmə strukturlarında da yanaşmanın dəyişməsinə səbəb olacaq. Daha kiçk məktəblərin böyük məktəblər ətrafında birləşməsi baş verə bilər. Məktəblər təkcə dövlət büdcəsindən istifadə etməyəcək, əlavə vəsait qazanmaq imkanları olacaq.

Beynəlxalq təcrübədə adambaşına maliyyələşmənin daha effektiv olduğunu görürük. Söhbət Azərbaycan təhslinin idarətməsinin və maliyyələşmənin beynəlxalq standartlara uyğunlaşmasından gedir. Bu, kifayət qədər ağır və məsuliyyətli işdir. Yəqin ki, nazirlik keçidlə bağlı hazırlıqlarını tamamalayıb və prosesə start verməyə hazırlaşır.

Yeni modeldə vəsaitin idarəolunması məktəb rəhbərliyinin üzərinə düşür. Görək, məktəblər buna hazırdırmı? 4500 məktəbin birdən-birə prosesə keçməsi çətinliklər yarada bilərdi. Təbii ki, 100 məktəb buna keçdikdən sonra müəyyən nümunələr yaranacaq və ortaya çıxan çətinliklər həllini tapacaq”.

Aygün