Close

"Güclü bilik iqtisadiyyatının formalaşdırılmasını hədəfləmişik"

Güclü bilik iqtisadiyyatının formalaşdırılmasını hədəfləmişik.

TNS xəbər verir ki, bunu dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılışında çıxış edərkən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, insan kapitalı inkişaf etməsə, innovasiyalı gələcək mümkün olmayacaq: "Bu baxımdan, "Yüksəliş" müsabiqəsi insan kapitalının inkişafına töhfə verən yarışdır. Təhsil sistemi müasir cəmiyyətin tələblərinə cavab vermək üçün qabaqlayıcı olmalıdır. Əvvəllər ali təhsillə əldə olunmuş biliklər 20-25 il qüvvədə idisə, bu gün bu zaman 5-7, hətta bəzi sahələrdə 2-3 ilə qədər azalıb. Yəni ali təhsil zamanı öyrədilən biliklərin aktuallığı qısa çəkir".