Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur
3
09:10 - 05 İyul 2024
Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən TNS-ə bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır.
Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.