Nazirlik: Azərbaycan mobil internetə qoşulmada irəliləyib
![](/upload/files/up3/Xeberler/2024/07/2/57db3424-9fc6-33f5-8e13-f9f71aea39e1_850.jpg)
Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib.
TNS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, GSM Assosiasiyası 2023-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrə dünya əhalisinin 99 %-nin mobil internetə qoşulması üzrə göstəriciləri əhatə edir.
Hesabata görə, ölkəmiz ötən il mobil internetə qoşulma üzrə 69,33 indeks xalı toplayıb. Bu da 2022-ci illə müqayisədə artım deməkdir.
Eyni zamanda 2023-cü ilin göstəricilərinə görə, Azərbaycan “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib.