Close

Azərbaycanda məşhur futbolçuların adını daşıyan körpələr - Messi, Zidan, Arda...

Azərbaycanda son illərdə doğulan körpələrə serial qəhrəmanlarının adlarını verənlərin artdığı kimi, övladına məşhur futbolçuların adını qoyanlar da az deyil.

TNS Ədliyyə Nazirliyinə istinadla xəbər verir ki, son 5 ildə doğulan 3882 oğlan uşağına Raul adı qoyulub. Bundan başqa, 4 körpəyə Dieqo, 8-nə Mişel adı verilib.
Qoyulan adlar arasında müxtəlif ölkələrdən olan məşhur futbolçulardan Lionel (1), Arda (367), Zidan (1), Lev (3), Hakan (13), Tuqay (68), Emre (25), Fatih (91), Çağlar (7), Cengiz (1) kimi maraqlı adlar da var.