Close

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

Bu barədə TNS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, Hövsan qəsəbəsini (MİDA) “28 May” metrostansiyası və “Əhmədli” metrostansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.