Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
45
16:34 - 28 İyun 2024
![](/upload/files/up3/Xeberler/2024/06/28/7d0812dc-7661-390a-86f6-3e0768d48539_850.jpg)
İyunun 29-dan iyulun 1-i axşamadək yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
TNS xəbər verir ki, bu barədə Milli Hidrometerologiya İdarəsindən bildirilib.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.