Close

21:48
28 Sentyabr 2024

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişib

Nazirlər Kabineti “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edib.

TNS-in xəbərinə görə, indiyə qədər Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Nazirlər Kabineti tərəfindən yaradılıb və ictimai əsaslarla fəaliyyət göstərib.

Dəyişikliyə əsasən, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Elm və Təhsil Nazirliyi tərəfindən yaradılacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək.

Şura üzvlərinin sayı və tərkibi Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq ediləcək.